Dövlət Dəniz Agentliyinin binası dezinfeksiya edilib - Fotolar

dovlet-deniz-agentliyinin-binasi-dezinfeksiya-edilib
Oxunma sayı: 1469

Dövlət Dəniz Agentliyinin inzibati binasında, Agentliyin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki – Təminat İdarəsinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib.

Agentlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır, əməkdaşlar arasında bu istiqamətdə mütəmadi olaraq profilaktik söhbətlər edilir, maarifləndirmə işləri görülür.