ABŞ dövlət departamenti prezident Barak Obamanı Suriyada dövlət çevrilişi etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə The New York Times nəşri yazıb. Nəşrin yazdığına görə, dövlət departamentinin 50 əməkdaşı Obamanın Suriyadakı hökumət qoşunlarına zərbə endirməsi üçün memorandum imzalayıb.
Bundan başqa, The New York Times qeyd edir ki, Obama çətin ki Əsəd qüvvələrini bombalasın. Belə ki, bu, Amerika siyasətinin Suriyada radikal dəyişdiyi anlamına gələcək.
The Wall Street Journal isə öz növbəsində yazır ki, amerikalı məmurlar hesab edirlər ki, Dəməşq əleyhinə hərbi əməliyyatlara başlamaqla İŞİD qruplaşmasına qalib gəlmək olar.
Dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi isə məlumatı şərh etməkdən imtina edib.
Son xəbərlər
Son Xəbərlər