Dövlət departamentindən xəbərdarlıq

dovlet-departamentinden-xeberdarliq
Oxunma sayı: 1717

“Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar bu ölkə ilə işgüzar əlaqədə olan digər ölkələrin şirkətlərinə toxuna bilər”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Yeni sanksiyalar tətbiq edildiyi halda məhdudlaşdırıcı tədbirlər həmçinin Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə əlaqəli digər ölkələrin şirkətlərini də əhatə edəcək”, -DEYƏ məlumatda vurğulanıb.

Dövlət Departamentində bildiriblər ki,  bununla bağlı Rusiya ilə ticarət əlaqəsi olan hökumət və şirkətlər artıq məlumatlandırılıb.  

Qeyd edək ki, yanvarın 29-da ABŞ Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların detallarına dair Konqresə məxfi sənəd göndərib.