Gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, xarici ticarət iştirakçılarının əlavə vaxt itkisinə məruz qalmaması məqsədilə qarşıdan gələn 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək.
“Qafqazinfo”nun məlumatına görə, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.
Son xəbərlər
Son Xəbərlər