“Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edildi

dovlet-gomruk-komitesi-haqqinda-esasnamede-deyisiklik-edildi
Oxunma sayı: 4300

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.5-ci bəndinin birinci cümləsində “iki” sözü “bir” sözü ilə və “dörd” sözü “üç” sözü ilə əvəz edilsin.