Martın 7-də Dövlət Gömrük Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
"Qafqazinfo" xəbər verir ki, gömrükçü qadınları təbrik edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda qadınlara hər zaman xüsusi münasibətin olduğunu vurğulayıb.
Komitə sədri vurğulayıb ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra ölkədə köklü olaraq qadın siyasətinin əsası qoyuldu. Öz növbəsində, Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu sürətlə artırdı. Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda fəal ictimai xadimdir.
Səfər Mehdiyev onu da diqqətə çatdırıb ki, ötən il Azərbaycan gömrüyünün tarixində ilk dəfə olaraq xidmətə qəbulla əlaqədar müsabiqə yalnız qadın namizədlərin iştirakı ilə keçirilib.
Mərasimin sonunda gömrükçü qadınlara bayram hədiyyəsi, gül-çiçək dəstələri təqdim olunub.

Son xəbərlər
Son Xəbərlər