Dövlət idarəsində silahlı şəxs üç nəfəri girov götürdü

Dövlət idarəsində silahlı şəxs üç nəfəri girov götürdü
Oxunma sayı: 279

Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi xəbər verib.

Məlumata əsasən, İlam əyaləti polisi bəyanat yayaraq, hadisənin dünən yerli vaxtla saat 10:00-da baş verdiyini və silahlı şəxsin həmin idarənin işçilərinin birindən intiqam almaq məqsədilə bunu etdiyini bildirib.

Hadisə yerinə xüsusi təyinatlı dəstələr gəlib və beş saat davam edən danışıqlardan sonra silahlı şəxs polisə təslim olub, girov götürülmüş şəxslər isə azad ediliblər.

Həbs olunmuş şəxsdən bir ədəd silah və bir neçə güllə müsadirə edilib. Dövlət müəssisəsinin adı açıqlanmır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi