Dövlət Komitəsindən daha bir yenilik - Fotolar

dovlet-komitesinden-daha-bir-yenilik
Oxunma sayı: 2813

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə 16-21 dekabr 2019-cu il tarixlərində “Liderliyin İnkişafı Proqramı” layihəsi çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmalarını təmsil edən nümayəndələr ölkəmizə səfər ediblər.

“Qafqazinfo”nun məlumatına görə, səfər proqramına ümummilli liderin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub, habelə ölkənin bir sıra yüksək səviyyəli dövlət və hökumət rəsmiləri ilə görüşüb.

Görüşlər zamanı xaricdəki soydaşlarımızın öz tarixi vətənləri ilə əlaqələrinin genişləndirilməsi, Azərbaycan əsilli idmançıların Azərbaycan idmanına töhfə verməsi imkanları, Azərbaycan mədəniyyətinin xaricdə təbliği, “Soydaşlar haqqında” Qanun layihəsinin perspektivləri və dünyadakı soydaşlarımızın hüquqlarının daha effektiv qorunması, azərbaycanlı məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması yolları, soydaşlarımızın üzləşdiyi miqrasiya problemləri, azərbaycanlı icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə daha sürətli inteqrasiyası və bu ölkələrin Azərbaycan ilə əlaqələrinin qurulmasına dəstəyi, ölkəmizdə turizmin, eləcə də kiçik və orta biznezin inkişafı imkanlarının təşviqi, xaricdəki soydaşlarımızın milli təhsil problemləri, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda olduğu kimi qəbul etdirilməsi istiqamətində mümkün səmərəli fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Səfər çərçivəsində soydaşlarımız Masazır qəsəbəsindəki məcburi köçkün ailələri, Xocalı şəhidi və Aprel şəhidi ailələrinə baş çəkib. Həmçinin Cocuq-Mərcanlı kəndinə səfər edən qonaqlar erməni işğalından azad edildikdən sonra burada aparılmış geniş miqyaslı quruculuq işləri, yaradılmış müasir infrastruktur və yaşayış şəraiti ilə tanış olub, Aprel şəhidlərinin xatirə abidəsi, kənd orta məktəbi və kənd məscidini ziyarət edib. “Liderliyin İnkişafı Proqramı”nın ilk məzunlarına rəmzi məkan kimi seçilmiş Cocuq-Mərcanlıda müvafiq sertifikatlar təqdim olunub.