“Dövlət Komitəsinə ən çox müraciətlər alimentlərlə bağlıdır. Çünki boşanmalardan sonra bir çox ata aliment verməkdən yayınır, boyun qaçırır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib.
O qeyd edib ki, neçə illərdir bu istiqamətdə addımlar atılsa da, aliment problemi hələ də ciddi problem olaraq qalmaqdadır:
“Bizə edilən müraciətlərin ön sırasında aliment problemi gəlir. Bununla yanaşı, bizə ən çox edilən müraciətlərdən biri də ailə-məişət zorakılığı ilə bağlıdır. Hələ də bölgələrimizdə ailə-məişət zorakılığından əziyyət çəkən insanlarımız var və bunlar azlıq təşkil etmir. Mən heç də o fikirlə razılaşmıram ki, ailədaxili konfliktlərin, zorakılıqların, boşanmaların kökündə maddiyyat, iqtisadi məsələlər dayanır. Burada daha çox mənəvi faktorlar özünü göstərir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər