Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti İsveçrə Konfederasiyasında səfərdə olub.
“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Sürix və Bern şəhərlərində rəsmi şəxslər, burada yaşayan soydaşlarımız, eləcə də türk icmasının nümayəndələri ilə görüşlər keçirilib.
Sürixdə İsveçrə Türk Diyanet Vakfının rəhbəri Zafer Terkesli və Türkiyənin İsveçrə Konfederasiyasındakı Səfirliyinin nümayəndəsi Eşref Dalkıranla baş tutan görüşdə hər iki xalqın ümumi maraqları çərçivəsində olan məsələlər, o cümlədən, Türk Diyanet Vakfının idarə etdiyi cənazə fondunun fəaliyyəti ilə bağlı təcrübə öyrənilib və əməkdaşlıq perspektivləri müzakirə edilib.
İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Yoxanes Matiasla keçirilmiş görüşdə Azərbaycanın İsveçrədəki səfirinin və ümumilikdə səfirliyin fəaliyyəti yüksək qiymətləndirilib.
Nümayəndə heyəti Bern şəhərində yerləşən Olresto Konqres Mərkəzində İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının toplantısında iştirak edib. Toplantıda Şuranın əlaqələndiricisi Qasım Nəsirov Koordinasiya Şurasının fəaliyyəti, son dövrlər görülən işlər barədə məlumat verib, diaspor təşkilatlarından Şuraya daxil olmuş layihələr nəzərdən keçirilib, təkliflər səsləndirilib və görüləcək işlər müzakirə olunub. Görüşün sonunda Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev bu il Fondun dəstəyi ilə gerçəkləşdiriləcək layihələr, o cümlədən Diaspor Gənclərinin II Yay Düşərgəsi haqqında məlumat verib. Şura üzvləri Fondun layihələrində iştirak etmək üçün elektron qeydiyyat sistemi haqqında məlumatlandırılıb və onları maraqlandıran suallar cavablandırılıb.



Son xəbərlər
Son Xəbərlər