Dövlət Neft Fondu illik hesabatını açıqladı

dovlet-neft-fondu-illik-hesabatini-aciqladi
Oxunma sayı: 1995

Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il üzrə fəaliyyətini, “Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.

"Qafqazinfo" xəbər verir ki, ARDNF-nin 2019-cu il üzrə illik hesabatında Fondun idarəetmə və şəffaflıq prinsipləri, ARDNF-nin ölkə iqtisadiyyatındakı rolu, 2019-cu il büdcəsinin icrası, habelə, investisiya strategiyasının mahiyyəti, investisiya portfelinin ümumi vəziyyəti və gəlirliliyi barədə məlumatlar, risklərin idarə edilməsi çərçivəsi, eləcə də Suveren Fondlar üçün Ümumi Qayda və Prinsiplərin (Santyaqo Prinsiplərinin) icrası üzrə qiymətləndirmə və ARDNF-nin konsolidasiya edilmiş maliyyə hesabatları öz əksini tapıb.

Hesabatlarla aşağıdakı linklərdə tanış ola bilərsiniz:

ARDNF-nin 2019-cu il üzrə illik hesabatı: https://www.oilfund.az/report-and-statistics/get-download-file/7_2019_tam.pdf

Maliyyə fəaliyyətinin auditinin nəticələri:  https://www.oilfund.az/report-and-statistics/get-download-file/8_2019.pdf