Dövlət Neft Fondunun iclası keçirildi

dovlet-neft-fondunun-iclasi-kecirildi
Oxunma sayı: 1748

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib.

Azərbaycan Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin nəticələrinin və 2021-ci il üçün büdcəsinin icrasının Azərbaycan Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.