Sabah saat 11:00-da Nizami Kino Mərkəzində "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı"nın yekunlarına dair tədbir keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə nazirlər Azad Rəhimov, Mikayıl Cabbarov və Mərkəzi Bankın sədri, Şahmat Federasiyasının prezidenti Elmar Rüstəmov iştirak edəcəklər.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri keçən müddət ərzində Azərbaycan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəni layiqincə təmsil edərək yüksək nəticələrə nail olub, 80-dən çox medal, o cümlədən 32 qızıl medal qazanıbar. Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 15 benəlxalq hakim və 16 FİDE hakimi vardır. Azərbaycan şahmatı dünya arenasında artıq elə bir yüksəlişə keçib ki, hətta 2014-cü ildə Norveçdə keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında komandamızın 179 ölkə arasında 2-5-ci yerləri bölüşdürüb.
Dövlət Proqramının əsas məqsədi şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasını təmin edilməsidir. Ölkənin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılması, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün tədbirlər planının həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindəndir.
Son xəbərlər
Son Xəbərlər