Dövlət Qulluğu Məsələləri Komissiyası ləğv olunsun- - Deputatdan təklif

dovlet-qullugu-meseleleri-komissiyasi-legv-olunsun-
Oxunma sayı: 2299


“Qafqazinfo” xəbər verir ki, parlamentin bugünkü iclasında çıxış edən millət vəkili bu cür islahatların davamlı olacağına inandığını da bildirib: “ Hesab edirəm ki, Meliorasiya və Su təsərrüfatı ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə,  Dövlət Qulluğu Məsələləri Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, həmçinin Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin   İqtisadiyyat və Sənayə Nazirliyinə birləşdirilməsi əhəmiyyətli olardı. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin  olacaqlar”.

Spiker Oqtay Əsədov isə deputata replika ilə cavab verib. “Siz həm deyirsiniz ki, bu işlər  prezident tərəfindən həyata keçirilir, həm də özünüz həmin işləri burada müəyyənləşdirirsiniz...”

Günel