Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 14-ü mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 5-i isə məhkəmə orqanlarındadır.
Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:
- vakant vəzifəni təqdim etmiş dövlət orqanında çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),
- digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olduqda),
- azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər.
Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 7 aprel 2015-ci il tarixdən 27 aprel 2015-ci il tarixdə saat 18:00-dək Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılacaqdır. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Son xəbərlər
Son Xəbərlər