Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

dovlet-qulluguna-qebul-imtahani-kecirilecek
Oxunma sayı: 1742

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 dekabr 2019-cu il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, qeydiyyat 12 dekabr saat 18:00-dək aparılacaq.

İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. 

Kabinet yaradılan zaman pul hesabı açılır. 

Əlavə məlumatı DİM-in saytından əldə edə bilərsiz.