Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə
Oxunma sayı: 1027

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün iyulun 26-da növbəti elektron sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Qafqazinfo”ya bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə təşkil olunacaq. İmtahan saat 10:00-da başlanacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat iyulun 26-da saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi