Dövlət qulluğuna qəbul üçün namizədlərlə müsahibələrin qrafiki açıqlandı

dovlet-qulluguna-qebul-ucun-namizedlerle-musahibelerin-qrafiki-aciqlandi
Oxunma sayı: 1455

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün martın 14-də elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.

Namizədlərlə ümumi müsahibələrin mayın 17-18-də DİM-in Bakı şəhərindəki inzibati binasında keçirilməsi nəzərdə tutulur.

"Qafqazinfo" DİM-ə istinadən xəbər verir ki, ümumi müsahibələrin Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və məhkəmə orqanları üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə təşkil olunması planlaşdırılır.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Maliyyə Nazirliyinin aparatı, maliyyə xidmətləri üzrə siyasət şöbəsi, maliyyə xidmətləri üzrə siyasət və büdcə proqnozu sektoru aparıcı məsləhətçi vəzifəsi üzrə müşahidə edilir. Belə ki, həmin vəzifənin tutulması məqsədilə bir vakant yerə 10 namizədin müraciəti qeydə alınıb.

Martın 14-də elan edilmiş ümumi müsahibə üzrə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı

http://eservices.dim.gov.az/dqq/Report/UmMshQrafikiList  keçidində əldə etmək olar.