Dövlət qulluğuna qəbulda dəyişiklik edildi

dovlet-qulluguna-qebulda-deyisiklik-edildi
Oxunma sayı: 4510

Dövlət qulluğuna qəbul, eləcə də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanının məntiqi təfəkkürün yoxlanılması üzrə proqramına müəyyən dəyişiklik edilib.

Bu barədə “Qafqazinfo”ya DİM-dən məlumat verilib.

Belə ki, dövlət qulluğunun vəzifə qrupları üçün məntiqi təfəkkür üzrə imtahan proqramlarındakı fərq aradan qaldırılmaqla AB, AC, BA və BB vəzifə qrupları üzrə imtahan proqramı eyniləşdirilib.

Proqramla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://exidmet.dim.gov.az/dqq/docs/program/mentiq_proqram.pdf