Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) “Qafqazinfo”ya verilən məlumata görə qeydiyyat 20 iyun saat 18:00-dək aparılacaq. İmtahan 30 iyun 2019-cu il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçiriləcək.
İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər