Bu gün MSK-nın iclasında 77 saylı Astara seçki dairəsində seçki qabağı təşviqat kampaniyasında pozuntulara yol verilməsi haqda namizədlər Həsənov Rəşad və Bağırov Rövşənin şikayətinə baxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, MSK komissiyasının üzvü Validə Kazımova bildirib ki, bu şikayətlə bağlı araşdırma aparılıb və məlum olub ki, həmin dairədə dövlət qulluqçularının iş vaxtı YAP-ın namizədinin görüşünə göndərilməsi barədə məlumat öz təsdiqini tapmayıb.
Məlum olub ki, həmin dövlət qulluqçuları görüşdə iştirak etdikləri gün məzuniyyətdə olublar.
Son xəbərlər
Son Xəbərlər