Dövlət qurumlarında iş saatı başa çatdı

dovlet-qurumlarinda-is-saati-basa-catdi
Oxunma sayı: 2638

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət orqanları və qurumları üçün iş saatı başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Operativ Qərargahın yeni qərarına əsasən, bu gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində əhalinin küçəyə çıxmasına qadağa qoyulub.

Bu səbəbdən sözügedən şəhər və rayonlarında fəaliyyət göstərən dövlət orqanları və qurumları üçün iyunun 5-də saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.