Dövlət qurumlarında virusa yoluxanların sayı açıqlandı - Video

dovlet-qurumlarinda-virusa-yoluxanlarin-sayi-aciqlandi
Oxunma sayı: 5341

"Dövlət qurumlarında da koronavirusa yoluxanlar var".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 əməkdaşında yoluxma faktı aşkar olunub. Prezident Administrasiyasında 19 şəxsdə yoluxma halı aşkar olunub. Onlardan 14-ü İşlər idarəsinin əməkdaşlarıdır. Fövqəladə Hallar Nazirliyində 5 nəfər və digər qurumlarda müəyyən qədər koronavirusa yoluxanlar var. Bu, onu göstərir ki, sadəcə sıravi vətəndaşlarımız deyil, təəssüflər olsun ki, dövlət qurumlarımızın strukturlarında da yoluxma halları davam etməkdədir”.

Murad Əhməd