“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin hazırlanması prosesi yekunlaşmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Hesablama Palatasının hesabatında qeyd edilib.
Hesablama Palatası təklif edir ki, dövlət satınalmalarının keçirilməsində hesabatlılıq və şəffaflığın təmin edilməsi, rəqabətli metodlara üstünlük verilməsi və qanunvericiliyin pozulması ilə bağlı məsuliyyətlərin sərtləşdirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi - dövlət satınalmaları sahəsində yeni qanunvericilik bazasının hazırlanması və institusional çərçivənin müəyyən olunmalıdır.
Bu təkliflə əlaqədar dövlət satınalmaları sahəsində rəqabətliliyin artırılmasını, satınalma prosedurlarından yayınma hallarının qarşısının alınmasını və elektron satınalma prosedurlarının tətbiqinin genişləndirilməsini nəzərdə tutan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinin yekunlaşmaq üzrə olması qeyd edilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər