Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanıldı - Foto

dovlet-serhedini-pozan-ermenistan-vetendasi-saxlanildi
Oxunma sayı: 7290

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramayis saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.