Dövlət uşaq müəssisələrinin sayı azalıb

Dövlət uşaq müəssisələrinin sayı azalıb
Oxunma sayı: 687

Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006–2015-ci illər) icrası dövründə internat məktəblərin əksəriyyəti peşə liseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunub, bəzi internat məktəblər ləğv edilib və dövlət uşaq müəssisələrinin sayı 53-dən 24-ə qədər azalıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb. 

Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, internat məktəblərində həm təhsil alan, həm də yaşayan uşaqların bir qisminin bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılması nəticəsində bu müəssisələrdə yaşayan uşaqların sayı 2006-cı ildə 2441-dən 2019-cu ildə 862-yə qədər azalıb.

Regionlarda yaşayan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil almaq üçün ailələrindən ayrılaraq paytaxtda yerləşən dövlət uşaq müəssisəsinə yerləşdirilməsi halları mövcuddur. Bu istiqamətdə regionlarda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün təhsil imkanlarının artırılması xüsusi əhəmiyyət kəsb edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi