“Dövlət və Din”

dovlet-ve-din
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, toplunun ənənəvi rəsmi guşə bölməsində Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbir geniş işıqlandırılıb. Bu münasibətlə keçirilən dəyirmi masa iştirakçıları - Dövlət Komitəsinin sədri Hidayət Orucovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşşeinin, Bakı şəhər Dağ Yəhudiləri dini icmasının sədri Semyon İxiilovun, Avropa Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviçin, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin çıxışları yer alıb.

“Rəsmi guşədə”, həmçinin QMİ-də Həzrət Əlinin (ə) mövludu və Qurtuluş günü münasibətilə keçirilən tədbir işıqlandırılıb.

Fatimə Kərimli