“Dövlət vətəndaşların sağlamlığına kapital qoymalıdır”

dovlet-vetendaslarin-saglamligina-kapital-qoymalidir
Oxunma sayı: 719


“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan  ekpert qeyd edib ki, Azərbaycanın qazandığı neft gəlirləri bu ilə qədər 115 milyard dollar olub ki, onun da 78 milyardı artıq xərclənib və 37 milyardı isə saxlanılır: “Neft gəlirlərimizin 67,8 faizinin xərclənməsinə baxmayaraq, hələ də Azərbaycanda nə gənc və nə də ahıl yaşlı ölkə vətəndaşları heç olmazsa ildə bir dəfə də olsun dövlət hesabına pulsuz tam tibbi müayinədən keçmir. Gənc oğlanlar yalnız hərbi xidmətə gedəndə formal olaraq tibbi yoxlanışa cəlb olunur. Qız övladlarımızın böyük əksəriyyəti isə hamilə olanadək tibbi müayinəyə müraciət etmir. Hətta onların bir çoxu hamiləlik dövründə də imkansızlıq ucbatından müntəzəm tibbi yoxlamalardan yayınır. Ahıl ata-analarımız, əlil vətəndaşlarımız da daimi və tam tibbi nəzarət üzünə həsrətdirlər. Xərclənən 78 milyard dollar neft gəlirlərinin 5 faizi də kifayət edirdi ki, Azərbaycan vətəndaşının sağlamlığının mühafizəsi üçün dövlət təminatlı tibbi sığorta sistemi qurulsun və heç olmazsa uşaqlar müntəzəm olaraq müayinədən keçsin. Amma 2 su kanalının tikintisinə 2 milyard manata (Oğuz-Qəbələ su kəmərinin çəkilməsi – 779,6 mln. manat, Samur-Abşeron kanalının rekonstruksiya edilməsi – 1 149,6 mln. manat) qədər vəsait xərcləyən hökümət ölkənin iqtisadi baxımdan "qızıl dövrü"ndə də bunu etmədi”.

Onun sözlərinə görə, bu sistemi tətbiq etmək üçün gec deyil: “İnsana dəyər verən, onun sağlamlığını qorumaq istəyən hakimiyyət vətəndaşına da sərmayə qoymalıdır.

Bir azdan gec olacaq, hətta istək yaransa da bu islahat üçün maliyyə mənbəyi tapılmayacaq. Artıq yığdığımız 37 milyard dollar da azalmağa başlayıb və ildən-ilə artan xərclər, məhdudlaşan gəlirlər onu da tezliklə "yeyəcək". Odur ki, dövlət tibbi sığorta sistemi qurulmalı və ölkə vətəndaşlarının saglamlığına birbaşa kapital qoyulmalıdır”.

Günel Türksoy