"Bugünkü gündə 20 min vakansiya işsiz və işaxtaran vətəndaşlar üçün açıq elan edilib".
"Qafqazinfo xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib. Nazir bildirib ki, işsizliyin aşağı səviyyədə saxlanılması üçün davamlı olaraq dövlət proqramları həyata keçirilir:
"Ötən il 26 min şəxs dövlət şirkətləri tərəfindən sosial işə cəlb olunub. Sadəcə dövlət xətti ilə 64 min insan işlə təmin olunub. Bu tendensiya artan şəkildə davam edəcək".
Nazir ötən il sosial paketlərdən sonra inflyasiyanın artacağı ilə bağlı irəli sürülən iddialara toxunub:
"İnflyasiya bizim proqnozlarımızdan da aşağı oldu. Vətəndaşlarımızın gəlirləri inflyasiyadan 6 dəfə çox artıb. 4-5 faizə qədər olan inflyasiya inkişaf etməkdə olan ölkələr üçün müsbət hesab edilir. Biz ötən il hökümət olaraq 2,6 faizdə saxlaya bildik və inanıram ki, bu il də nəzərdə tutulan rəqəmdə saxlaya biləcəyik".
Son xəbərlər
Son Xəbərlər