Dövlət Xidməti Sabirabadda gənclər üçün tədbirlər keçirdi - Fotolar

dovlet-xidmeti-sabirabadda-gencler-ucun-tedbirler-kecirdi
Oxunma sayı: 674

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Sabirabad rayonunda tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində həmin rayondan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, SHXÇDX-nin rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər.

Daha sonra Sabirabad RİH-nin dəstəyi ilə Mədəniyyət Mərkəzində gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib.

Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib.

Daha sonra SHXÇDX-nin Sabirabad rayonu şöbəsinin rəisi polkovnik Həbib Əliyev ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. 

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər. 

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.