Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
“Qafqazinfo” xəbər verir ki, qurumun inzibati binasında keçirilən tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general - leytenant İlqar Musayev ümümilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi haqqında məlumat verib.
O, qeyd edib ki, ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi daima ulu öndərin diqqət mərkəzində olub.
İlqar Musayev ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin ümummilli liderin siyasətini uğurla davam etdirdiyini və apardığı müdrik siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyduğunu, işğal altında olan torpaqlarımızın məhz onun rəhbərliyi altında azad edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Son xəbərlər
Son Xəbərlər