Dövlət Xidmətində yeni təyinat - Yenilənib

dovlet-xidmetinde-yeni-teyinat
Oxunma sayı: 14454

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Könül Cəfərova vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, K.Cəfərova ilə xidməti müqavilə uzadılmayıb.

İdarə rəisi vəzifəsinin icrası Emin İbrahimova həvalə edilib.

***

Mədəniyyət Nazirliyindən saytımıza bildirilib ki, 13 mart 2023-cü il tarixindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Nazirliyin Təsviri sənət sektorunun müdiri Könül Cəfərovaya həvalə edilmişdi.

25 iyun 2024-cü il tarixindən həmin vəzifənin müvəqqəti icrası Dövlət Xidmətinin əməkdaşı Emin İbrahimova həvalə olunub.