Dövlət Xidmətinin regional idarələrində işçilərin sayı müəyyənləşdi

Dövlət Xidmətinin regional idarələrində işçilərin sayı müəyyənləşdi
Oxunma sayı: 1571

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar qəbul edilib.

Nazirlər Kabinetindən "Qafqazinfo"ya verilən məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı qərarla Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib.

Qərara əsasən Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi