Dövlət Xidmətinin rəhbərliyi “Ana harayı”nı ziyarət etdi - Fotolar

dovlet-xidmetinin-rehberliyi-ana-harayini-ziyaret-etdi
Oxunma sayı: 2261

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət edib.

SHXÇDX-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.