“Qafqazinfo”nun məlumatına görə, məhkəmə 14 yanvar 2014-cü ildə qəbul edilən referenduma qarşı çıxan 51 nəfərə 3-10 il arası həbs cəzası verib.
Onlar aksiya təşkilatçısı İhvana dəstək çıxma, terror təşkilatına üzv olma, ictimai asayişi pozma, sənədsiz silah daşıma, polisə müqavimət, rəhbərliyə qarşı çıxmaq ittihamları ilə təqsirləndiriliblər. Həbsdə olan 3 nəfərə isə bəraət verilib.
Qeyd edək ki, 14 Yanvar 2014-cü ildə edilən konstitusiya referendumunu boykot etmək istəyən xalq Sevhacda aksiyalar təşkil etmiş, polislə toqquşmada 4 nəfər dünyasını dəyişmişdi.
Son xəbərlər
Son Xəbərlər