“Azərbaycan xalqına qarşı hər hansı aşağılayıcı fikir cinayət məsuliyyəti kimi qəbul edilməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, bu məsələ ilə bağlı qanun sərtləşdirilməlidir: “Hamıya məlumdur ki, Milli Şuranın toplantısında Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər səslənib. Biz xalqın aşağılamasına heç cür yol verə bilmərik. Hər bir millət vəkili bu haqda fikir bildirməlidir.
İclasın qapalı keçirilməsi zamanı Qənimət Zahid Azərbaycan dövlətini kibercinayətkarlıqda günahlandırır. Azərbaycan dövlətinin işi-gücü yoxdur ki, durub onları izləsin?
Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. Demək insanlar serialı sizdən üstün tutur da, deməli, türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür, demək xalq bunları bəyənmir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər