Dovşan ovunda dostunu güllələdi

dovsan-ovunda-dostunu-gulleledi
Oxunma sayı: 3328

Gədəbəy rayonunda ova gedən dostlardan biri digərini güllələyib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu gün rayonun Miskinli kənd sakinləri - 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu və 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu birgə dovşan ovuna gediblər:

"Ov zamanı Elnur Tağıyev "TOZ 16" markalı qoşa lülə tüfənglə ehtiyatsızlıqdan atəş açaraq Qamət Fətullayevi ayağından yaralayıb".

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd