Dovşana görə 5 nəfər tutuldu

dovsana-gore-5-nefer-tutuldu
Oxunma sayı: 1949

Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər saxlanılıb. Araşdırmalarla onların Füzuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib. 

Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.

Araşdırma aparılır.