“Döyüş əməliyyatlarının bu dərəcədə tez dayandırılması...”

doyus-emeliyyatlarinin-bu-derecede-tez-dayandirilmasi
Oxunma sayı: 2505

Bu gün Rusiya Federasiyası İctimai Palatasının ictimai diplomatiyanın inkişafı və xarici ölkələrdəki həmvətənlərin dəstəklənməsi üzrə komissiyası sədrinin birinci müavini, politoloq Sergey Markovun iştirakı ilə tədbir keçirilib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, mətbuat konfransı Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin cari vəziyyətinə, inkişaf perspektivlərinə, habelə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin kəskinləşməsi probleminin müzakirəsinə həsr olunub.

Politoloqun fikrincə, Azərbaycan rəhbərliyinin yürütdüyü xarici siyasi kurs düzgün seçilib və çox dəqiq yerinə yetirilir. Bunu dövlətimizin dünya məkanında qazandığı uğurlar, müxtəlif dövlətlər, o cümlədən Rusiya ilə möhkəm dostluq münasibətlərinin sürətlə inkişafı təsdiq edir. Azərbaycan özünü etibarlı və güclü siyasi və iqtisadi tərəfdaş kimi təsdiq edib. S.Markov deyib ki, dünyanın heç də sadə olmayan siyasi durumu ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi üçün əlavə stimuldur. O, turizm sektorunu və rusiyalılarda məhz Azərbaycan kurortlarına marağın artdığını qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan politoloq bildirib ki, bu problemin uzun müddət davam etməsinin əsas günahı BMT-nin müvafiq qətnamələrində əks olunmuş beynəlxalq hüquq normalarına və Dağlıq Qarabağ üzrə “Madrid prinsipləri”nə əməl etməyən Ermənistan rəhbərliyindədir. Cəbhədə son hadisələr dondurulmuş danışıqları hərəkətə gətirdi və tezləşdirdi, Azərbaycana öz ordusunun qüdrətini və cəmiyyətin ictimai-siyasi həmrəyliyini nümayiş etdirmək imkanı verdi. Politoloqun fikrincə, döyüş əməliyyatlarının bu dərəcədə tez dayandırılması da ölkə rəhbərliyinin siyasi gücünün göstəricidir, çünki vəziyyətə tam nəzarət olunduğunu və münaqişəni danışıqlar masası arxasında həll etmək istəyini göstərir.