Döyüşdən sonra ölən boksçu müsəlman adətləri ilə dəfn edildi - Fotolar

doyusden-sonra-olen-bokscu-muselman-adetleri-ile-defn-edildi
Oxunma sayı: 4704

ABŞ-ın Merilend ştatının Okson-Hill şəhərində Subriel Matiasla görüşdən sonra vəfat edən Rusiya boksçusu Maksim Dadaşov Rusiyanın Sankt-Peterburq şəhərində dəfn edilib.

“Qafqazinfo” “TASS” xəbər agentliyinə istinadən bildirir ki, mərhum, müsəlman adətlərinə uyğun olaraq, Peterqofsk məzarlığında müsəlmanlar üçün ayrılan yerdə torpağa tapşırılıb.

Dəfn mərasimində idmançının doğmaları, Sankt-Peterburq şəhər Boks Federasiyasının rəhbərliyi, Rusiya Boks Federasiyasının nümayəndələri, veteranlar, məşqçilər, idmançılar, eləcə də Dağıstan Respublikasından olan nümayəndələr iştirak ediblər.