Döyüşə gedəndə gülər igidlər... - Video

doyuse-gedende-guler-igidler
Oxunma sayı: 26300

Məlum olduğu kimi, cəbhə boyu gərgin döyüşlər davam edir.

“Qafqazinfo”nun Tərtərə ezam olunmuş əməkdaşlarının məlumatına görə, Azərbaycanda qismən səfərbərlik elan edildikdən sonra ölkənin müxtəlif bölgələrindən həqiqi hərbi xidmət keçmiş yüzlərlə vətəndaşımız bu çağırışa səs verib.

Bu gün Tərtərdə də onlarla şəxs torpaqlarımızın erməni işğalından azad olunması məqsədilə qeydiyyat aparılan ünvana gələrək aidiyyatı üzrə yola düşüblər.

Yola salınan həmin vətəndaşlar Azərbaycan Ordusunun əldə etdiyi uğurlar, bəzi kəndlər və mühüm yüksəkliklərin işğaldan azad edilməsindən sonra yüksək əhval-ruhiyyədə olduqlarını qeyd ediblər. 

Emin Səfərov

Fotolar-Video: Pərvin Zeynal