Döyüşən itləri ayırmaq istədi, xəstəxanalıq oldu

doyusen-itleri-ayirmaq-istedi-xestexanaliq-oldu
Oxunma sayı: 2247

“Masumlar apartmanı” serialı ilə yollarını ayıran Türkiyənin məşhur aktrisası Farah Zeynep Abdullah xəstəxanalıq olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.

Aktrisa dava edən itlərini ayırarkən barmağının sındığını açıqlayıb: “İtlərim döyüşərkən müdaxilə etməli oldum. Kiçik barmağım sındı, baş barmaq dırnağım çıxdı”.