Qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə salınmayıb.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat verib.
Xatırladaq ki, mayın 5-də qanun layihəsi parlamentə göndərilmişdi. Yerli mətbuat hökumətin qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini təsdiqlədiyini yazsa da, daha sonra Ermənistan baş nazirinin mətbuat katibi bu xəbəri təkzib etmişdi.
Son xəbərlər
Son Xəbərlər