Dr. Araz Salmanov Türkiyədə Azərbaycanın ən yaxşı plastik cərrahı seçilib

dr-araz-salmanov-turkiyede-azerbaycanin-en-yaxsi-plastik-cerrahi-secilib
Oxunma sayı: 7068

Türkiyədə növbəti dəfə “Life and beauty awards” adlı beynəlxalq mükafatlandırma mərasimi keçirilib. Məşhur aktrisa Özge Ulusoyun aparıcılığını etdiyi tədbir İstanbul şəhərində baş tutub. Mərasimdə gözəllik və estetika sahəsini əhatə edən 10-dan çox nominasiya üzrə mükafat təqdim edilib. Almaniya, Danimarka, Belçika, İsveç də daxil olmaqla dünyanın bir çox ölkəsindən qaliblərin seçildiyi tədbirdə ölkəmizi  tanınmış plastik, rekonstruktiv və estetik cərrahiyyə uzmanı Araz Salmanov təmsil edib. O, “Azərbaycanın ən yaxşı plastik cərrahı” nominasiyasında mükafata layiq görülüb. 

Mərasimdən sonra təəssüratlarını “Qafqazinfo” ilə paylaşan Dr. Araz Salmanov belə bir nüfuzlu mükafatı gözləmədiyini bildirib: “Ölkəmizdə yaxşı plastik cərrah az deyil. Doğrusu, gözləmirdim. Zəng edib belə bir mükafata layiq görüldüyümü xəbər etdilər. Sevincli və qürurluyam! Uzun illər zəhmət sərf etdiyim bir peşəm var. Məhz buna görə də əməyimin belə yüksək qiymətləndirilməsi çox xoş oldu. Səhnədə mükafatı aldığım zaman məni  yetişdirən valideyinlərimi və müəllimlərimi xatırladım. Bu mükafatda tək mənim deyil, yetişməyimdə əməyi olan çox adamın payı var. Hər birinə minnətdaram və sizləri çox sevirəm! Yaxşı ki, həyatımda oldunuz və varsınız!”

Uzman plastik cərrah A.Salmanov ona etimad göstərən  pasiyentlərinə də təşəkkürünü çatdırıb: “Həkimin peşəkar səviyyədə formalaşmasında pasiyentlərinin də rolu var. Çox təcrübə çox inkişaf deməkdir. Hər bir xəstəm mənim üçün dəyərli və əzizdir. Fürsətdən istifadə edib indiyədək məni seçən, güvənən bütün pasiyentlərimə təşəkkür edirəm. Bundan sonra da onların məmnuniyyəti üçün əlimdən gələni əsirgəməyəcək, yüksək səviyyədə xidmət göstərməyə çalışacağam”.

İlk dəfə belə bir makafat aldığını bildirən Dr. Araz Salmanov plastik cərrahiyyə haqqında da fikirlərini bölüşüb: “İldən-ilə bir sahəyə tələbat artır. Təəssüflər olsun ki, plastik cərrahiyyə üzrə ali təhsil almamış qeyri-ixtisas həkimləri də bu gün estetik əməliyyatlarla məşğul olur. Çox yanlış və təhlükəli bir tendensiyadır. Çünki baza təhsili, nəzərə biliklər olmadan edilən əməliyyatlar pasiyentlər üçün risk daşıyır. Dəfələrlə öz təcrübəmdə qeyri-peşəkar plastik cərrahların əməliyyat xətaları ilə üzləşmişəm. Ən azı vətəndaşların sağlamlığı üçün bu kimi çatışmazlıqlar aradan qaldırılmalı, ciddi tədbirlər görülməlidir.
Plastik, rekonstruktiv və estetik cərrahiyyə üzrə 7 il ali təhsil almağıma baxmayaraq, hələ də öz üzərimdə çalışır, inkişaf etmiş ölkələrdə keçirilən təlimlərə qatılıram.  Çünki cərrahiyyə hər gün yenilənən sahədir. Bir plastik cərrah müasir tibbdə baş verən yenilikləri izləməli və təcrübəsini inkişaf etdirməlidir”.

Məlumat üçün bildirək ki, Uzm. Dr. Araz Salmanov 2002-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-2010-cu illərdə Türkiyə Respublikasında İzmir Doqquz Sentyabr Universitetinin Plastik, estetik və rekonstruktiv cərrahiyyə kafedrasında uzmanlıq təhsili alıb. O, Türkiyə Plastik Cərrahiyyə Dərnəyinin, Balkan Plastik Cərrahiyyə Dərnəyinin və Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin üzvüdür. Hər il Avropada plastik cərrahiyyə üzrə keçirilən beynəlxalq tədbir və təlimlərdə iştirak edir. Hazırda Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir. O, bütün növ plastik əməliyyatları peşəkarlıqla icra edən yüksək təhsilli mütəxəssisdir. 

Qeyd: Maraqlananlar Uzm. Dr. Araz Salmanovla (051)-971-55-09 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/plastikcerraharazsalmanov feysbuk və  “plastik_cerrah_araz_salmanov” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar. 

Könül Cəfərli