Dreyk boğazında güclü zəlzələ olub

dreyk-bogazinda-guclu-zelzele-olub
Oxunma sayı: 1632

Sakit və Atlantik okeanların cənub hissələrini birləşdirən Dreyk boğazında 5,5 bal gücündə zəlzələ olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” xəbər verib.

Yeraltı təkanların episentri Argentinanın Uşuaya şəhərindən 704 kilometr cənubi-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat hələ daxil olmayıb.