Kot-d'İvuar millisinin və “Çelsi” klubun sabiq üzvü Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu mövsümün sonunda futbolla vidalaşacağını bildirib.
“Bu mənim sonuncu sezonum olacaq. Artıq 40 yaşım var. Vaxt yetişib”,- deyə Droqba qeyd edib.
Qeyd edək ki, Droqbaının son klubu ABŞ-ın “Finiks Rayzinq” olacaq. O, karyerası ərzində “Çelsi”, “Qalatasaray” kimi komandalarda çıxış edib.
Son xəbərlər
Son Xəbərlər