Droqba getdi

droqba-getdi
Oxunma sayı: 2194


 “Qafqazinfo” xəbər verir ki, Droqba zədəsini tam şəkildə müalicə etmək üçün Fransaya yollanıb. Təcrübəli futbolçu 12 ildir inandığı iran əsilli həkim Əli Həşimiyə müraciət edib. Özəl təyyarəsi ilə Fransaya uçan Droqba bu barədə “Qalatasaray”a yazılı müraciət edib. Klub da öz növbəsində bir sığorta şirkətinin hesabına Droqbanın oynamayacağı matçlarda hesabına pul qəbul edəcək.  Ulduz futbolçu dünya çempionatını fikirləşərək əməliyyat olunmaq istəmir. Müalicəsi başa çatan kimi Droqba İstanbula qayıdacaq və məşqlərə start verəcək.

 

İqbal