“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” prezidenti Ünal Aysal Droqba ilə 1 illik müqavilə uzatmaq istədiyini bəyan edib. Prezidentin sözlərinə görə, Droqba komanda üçün olduqca vacib oyunçudur: “Droqba “Qalatasaray” üçün çox vacib bir addır. Onunla bir il daha bir yerdə işləmək istəyirik. Lakin indi qarşımızda duran əsas məsələ isə “Fənərbaxça” derbisində qalib olmaqdır. Mövsüm sonuna kimi Droqba məsələsini həll etməyə çalışacağıq”
İqbal
Son xəbərlər
Son Xəbərlər