Droqbanın komandası uduzdu

droqbanin-komandasi-uduzdu
Oxunma sayı: 772


“Qafqazinfo” xəbər verir ki, “C” qrupunun bu oyunu ingiltərəli baş hakim Hovard Uebb idarə edib.

Maraqlı keçən oyunda Kolumbiya yığması rəqibini komandası Fil Dişi Sahili millisini 2:1 hesabı ilə məğlub edərək dünya çempionatında ikinci qələbəsini qazanıb. Oyunun 64-cü və 70-ci dəqiqələrində kolumbiyalı futbolçular James və Quintero fərqləniblər. Fil Dişi Sahili yığmasının yeganə qolunu isə 73-cü dəqiqədə Jervinyo vurub.

Hazırda “C” qrupunda Kolumbiya yığmasının 6 xalı var və onlar qrup lideridir.

Fil Dişi Sahili yığması 3 xalla ikinci yerdədir.

Yaponiya və Yunanıstan millilərinin xalı yoxdur.