DSMF-də korrupsiyaya qarşı kollegiya iclası

dsmf-de-korrupsiyaya-qarsi-kollegiya-iclasi
Oxunma sayı: 646

DSMF-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fondun sədri Səlim Müslümov iclasda bilidib ki, bu ilin geridə qalan dövrü ərzində ölkəmiz öz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlayıb.

S.Müslümov çıxışında dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində DSMF-də görülən işlərə də toxunub. Fondun sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılmasına xidmət edir.

O, Milli Fəaliyyət Planı çərçivəsində fondda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq, şöbə müdirlərinə müvafiq tapşırıqlar verib.
İclasda fondun yerli orqanlarında icra intizamının gücləndirilməsi sahəsində həyata keçiriləcək tədbirlər, həmçinin mövcud problemlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Kollegiya iclasınin sonunda fondun orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılması, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib və bu məsələlərlə bağlı bir sıra qərarlar qəbil olunub.

Gülnar